0
Wednesday 12 January 2011 - 09:17

Roma Papası Misir prezidentini narahat edib

Story Code : 50133
Roma Papası Misir prezidentini narahat edib
Roma Papası Misir prezidentini narahat edib
İsgəndəriyyə şəhərinin Müqəddəslər kilsəsində baş vermiş terror aktı barədə Roma Papası XVI Benediktin çıxış sonra Misir öz səfirini "məsləhətləşmələr aparmaq üçün" Vatikandan geri çağırıb.
APA-nın RİA Novosti agentliyə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Misir Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüssam Irki yayıb.
XVI Benedikt 21 nəfərin həlak olması ilə nəticələnən terror aktını öz çıxışlarında dəfələrə pisləyib. Bazar ertəsi diplomatlar ilə görüşdə o, Yaxın Şərq ölkələrinin hökumətlərini “bütün çətinliklərə və təhdidlərə” baxmayaraq dini azlıqları qorumaq istiqamətində effektiv tədbirlər görməyə çağırıb.
Misir bu müraciəti “öz daxili işlərinə müdaxilə” kimi qiymətləndirib.
Bundan əlavə, Misir bu terror aktı mövzusunun Avropa İttifaqı dövlətləri arasında müzakirəsinin əleyhinə olduğunu bildirib.
Comment