0
Wednesday 12 January 2011 - 09:28

Onu fəlakətə aparırlar

Story Code : 50134
Onu fəlakətə aparırlar
Onu fəlakətə aparırlar
"FaktXeber"-ə daxil olan məlumata görə, Gəncə şəhər polis idarəsi tərəfindən həbs olunan 9 inanclı şəxsə, idarədə olmazın zülmləri edilir. Yerli polis dindarlara müxtəlif təzyiq vasitələrindən istifadə edərək, onların öz əqidələrindən vaz keçmələrini məcbur edir.
İdarədə olarkən dindarların qarşısına şərt qoyulub ki, kim araq butulkasından içki içsə, onu azad edəcəklər. Saxlanılan şəxslər bundan imtina etdikdən sonra, onları polis idarəsində döyməyə başlayıblar.
Gəncə sakinlərinin verdiyi məlumata görə, dindarların əzmini qıra bilməyən yerli polis, saxlanılan 3 nəfər barədə cinayət işi açmaq istəyir. Cinayət işi açılqmaqla hədələn Gəncə sakinləri isə bunlardır: İlqar Musayev, Samir Poladov və Elşən adlı şəxs.
Xatırladaq ki, saxlanılan digər 6 Gəncə sakininə 5-10 gün müddətində azadlıqdan məhrum etmə cəzası verilib. /HaqqYolu/

Comment