QR CodeQR Code

ABŞ kəşfiyyatçısı İrandan sığınıcaq istədi

13 Jan 2011 11:18

IslamTimes - Ötən gün İran kəşfiyyatının şefi Heydər Müslihi ABŞ kəşfiyyatçısı olan xanımın İrandan sığınacaq istədiyini bildirib.


Bir qədər öncə İran mətbuatında Ermənistanla sərhəddə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin agentinin saxlandığı açıqlandı. Erməni əsilli amerikalı xanımdan kəşfiyyat cihazları aşkarlandığı elan edildi. Agentin Ermənistan ərazisindən keçməsini İrəvan bir növ sükutla qarşıladı və hər hansı rəsmi açıqlamada fakt təkzib edilmədi.
Ötən gün İran kəşfiyyatının şefi Heydər Müslihi kəşfiyyatçı xanımın İrandan sığınacaq istədiyini bildirib. Nazirin sözlərinə görə, MKİ casusunun istəyini yerinə yetirmək üçün heç bir əsas yoxdur. /HaqqYolu/


Story Code: 50314

News Link :
https://www.islamtimes.org/az/news/50314/abş-kəşfiyyatçısı-irandan-sığınıcaq-istədi

Islam Times
  https://www.islamtimes.org