0
Thursday 13 January 2011 - 11:55

İslam barışdır, terror yox!

Story Code : 50326
İslam barışdır, terror yox!
İslam barışdır, terror yox!
Küveyt İnternet Mediası orqanlarından SANA ötən gün Türkiyənin ərəb ölkələri ilə əlaqələrini şərh edən bir xəbərə yer verdi. Xəbərdə deyilir:
Ərdoğan, "Üstün Müsəlman Şəxsiyyət Mükafatı"nı almazdan əvvəlki mətbuat konfransında, bu razılaşmaların fövqəladə olmadığını söylədi və ərəb ölkələriylə Türkiyəni bir araya gətirən tək tarix və mədəniyyətdən faydalanmağa çağırdı. Türk-ərəb yaxınlaşmasının səhv başa düşülməməsinin zəruriliyini vurğulayan Ərdoğan ölkəsinin barış mövzusunda böyük bir rol oynadığına işarə etdi. Ərdoğan ölkəsinin İsrailin etdiklərinin qarşısında susmayacağının vurğuladı.
Qərbin “İslam terroru” anlayışını hər an təkrarlamasının ən böyük səhvlərdən biri olduğunu söyləyən Ərdoğan, İslam sözünün kökünün barış mənasını verdiyinə və terror ilə barışın eyni bir sözdə bir araya gələ bilməyəcəyinə diqqət çəkdi. /Timeturk - HaqqYolu/
Comment