QR CodeQR Code

İran İŞİD tərəfindən Türkiyəyə neft satışı kadrlarına malikdir

Irib , 7 Dec 2015 19:59

İslamtimes - Suriya və İraq arasından müştərək yolla Türkiyəyə gedən neft orada mütəşəkkil şəkildə satın alınır və sonra onun məmulatları real qiymətdən 50% aşağı bazara daxil olur.


Səhər Beynəlxalq Televiziyaının məlumatına görə, ötən həftənin son günlərində Neft, Qaz və Neft-Kimya Məmulatları İxrac edən Birliyin üzvlərindən biri Həsən Tacik mətbuat konfransında İranın neft məmulatlarının ixracatının azalmasında İŞİD neftinin rolunu ifşa edib və deyib: Türkiyənin yanacağa olan ehtiyacının bir hissəsi İŞİD tərəfindən təmin olunur. Belə ki, gündəlik təxminən 700-800 min barel neft beynəlxalq qiymətinin yarısına Türkiyənin ixtiyarına verilir və elə buna görə, bu ölkənin İrandan idxalatı azalıb.

Bundan öncə Rusiya ordusu neft tankerlərindən istifadə olunmaqla Suriya və İraq neftinin Türkiyəyə irimiqyaslı şəkildə nəql olunması barədə önəmli sənəd və kadrları yayımlamışdı. Bundan qabaq isə Rusiya prezidenti Vladimir Putin bir Avropa rəsmisi ilə görüşdə deyib: Neft tankerləri böyük bir boru kəməri kimi bir-birinin ardınca düzülüb və İŞİD neftini Türkiyəyə nəql edirlər.

Yenilərdə İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi Türkiyə rəsmilərinin İŞİD-dən neftin satın alınmasını təkzib etmələri ilə əlaqədar suala cavabda deyib: Əgər Türkiyə hökumətinin İŞİD neftinin satılmasında rolu yoxdursa, biz bu məlumatları onların ixtiyarına verməyə hazırıq. İranın Suriyadakı hərbi məsləhətçiləri İŞİD-in neft tankerlərinin Türkiyəyə bütün yollarının şəkillərini çəkmişlər və bu sənədlər yayımlana bilməz.


Story Code: 503362

News Link :
https://www.islamtimes.org/az/news/503362/iran-işid-tərəfindən-türkiyəyə-neft-satışı-kadrlarına-malikdir

Islam Times
  https://www.islamtimes.org