QR CodeQR Code

Ərdoğan Rusiyanın İŞİD-i bombalamasını istəmir

11 Dec 2015 00:10

IslamTimes - Ankarada səfərdə olan Bosniya və Herseqovina nümayəndə heyətini qəbul edən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiyanın Suriya siyasətini tənqid edib.


"Report"un "Milliyet" qəzetinə istinadən verdiyi xəbərə görə, regiondakı gərgin vəziyyətə diqqət çəkən R.T. Ərdoğan bildirib ki, Türkiyə ABŞ və digər ölkələrlə birgə terrorizmlə mübarizə aparır. "Türkiyənin Suriya ilə 911 kilometr, İraqla isə 390 kilometr sərhədi var. Bəs Rusiya Federasiyasının bu ölkələrlə sərhədi var mı? Xeyir. Suriya ilə sərhədi olmayan Rusiyanın bu ölkədə nə işi var?", - deyə Ərdoğan vurğulayıb. KİV-i dünyanın digər səmtindən gələrək İŞİD-i bombalayan ABŞ-ı tənqid etməyən Ərdoğanın Rusiyanı tənqid etməsini birmənalı qarşılamayıb. /az.RealnieNovosti.com/


Story Code: 504186

News Link :
https://www.islamtimes.org/az/news/504186/ərdoğan-rusiyanın-işid-i-bombalamasını-istəmir

Islam Times
  https://www.islamtimes.org