0
Saturday 15 January 2011 - 00:48

Ermənistan Türkiyədən narazıdır

Story Code : 50535
Edvard Nalbandyan
Edvard Nalbandyan
“Ermənistanın mövqeyi dünya ictimaiyyətinə aydındır, hamı bilir ki, biz öz tərəfimizdən addımlar atmışıq və indi növbə Türkiyənindir”.
Bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan söyləyib: “Rəsmi İrəvanın qarşısında 2011-ci ildə Ermənistan-Türkiyə münasibətlərinə dair siyasətini dəyişmək vəzifəsi yoxdur. Mövqeyini dəyişəcək tərəf vardırsa, o da Türkiyədir. Bu ölkə erməni-türk məsələsində ilkin şərt irəli sürmək taktikasını dəyişməlidir”.
Türkiyə baş nazirinin Qarsda erməni-türk dostluğunu simvolizə edən abidənin uçurulacağı barədə fikirlərinə münasibət bildirən Edvard Nalbandyan deyib ki, bu kimi bəyanatlar dialoq prosesinə zərbə vurur: “Beynəlxalq ictimaiyyət hələ bir müddət əvvəl verilən bu tipli bəyanatları unutmayıb və bu bəyanatlara biri də əlavə olunub. Buna yalnız təəssüflənmək olar”.



Comment