QR CodeQR Code

Türkiyədən İ. Əliyevə növbəti çağırış

15 Jan 2011 10:40

IslamTimes - Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz Azərbaycanda məktəblərdə hicab qadağasına münasibət bildirərək, Azərbaycan prezidenti İlham Əliyevdən problemin həll edilməsini istəyib.


İslam-Azeri.az İnternet qəzetinin zeynebiye.com-a istinadən verdiyi xəbərə görə, Özgündüz, Halqalı Zeynəbiyə Məscidində, minlərlə müsəlman qarşısında söylədiyi Cümə xütbəsində Azərbaycandakı hicab qadağasına münasibət bildirib:
"Azərbaycanda məktəblərdə hicabın qadağan edilməsi oradakı insanları təhqir etmişdir. Bu vəziyyət, bizi də təhqir etməkdədir. Belə bir vəziyyətdə nə etmək lazımdır? Vətəndaş müharibəsimı lazım? Mən o fikirdə deyiləm. O zaman deyərlər ki, “əvvəl Qarabağınızı qurtarın, erməniylə döyüşün, sonra gəlin müsəlmanla döyüşün”. Əvvəl “vətəninizi qurtarın” deməzlərmi?
Amma reaksiyalar qanuni çərçivədə, fəsad çıxarmayacaq, ölkə birliyini pozmayacaq, daxili qarışıqlıq yaratmayacaq şəkildə davam etdirilməlidir; sonuna qədər yanlarındayıq...”


Story Code: 50565

News Link :
https://www.islamtimes.org/az/news/50565/türkiyədən-i-əliyevə-növbəti-çağırış

Islam Times
  https://www.islamtimes.org