0
Saturday 15 January 2011 - 10:40

Türkiyədən İ. Əliyevə növbəti çağırış

Story Code : 50565
Rəcəb Təyyib Ərdoğan
Rəcəb Təyyib Ərdoğan
İslam-Azeri.az İnternet qəzetinin zeynebiye.com-a istinadən verdiyi xəbərə görə, Özgündüz, Halqalı Zeynəbiyə Məscidində, minlərlə müsəlman qarşısında söylədiyi Cümə xütbəsində Azərbaycandakı hicab qadağasına münasibət bildirib:
"Azərbaycanda məktəblərdə hicabın qadağan edilməsi oradakı insanları təhqir etmişdir. Bu vəziyyət, bizi də təhqir etməkdədir. Belə bir vəziyyətdə nə etmək lazımdır? Vətəndaş müharibəsimı lazım? Mən o fikirdə deyiləm. O zaman deyərlər ki, “əvvəl Qarabağınızı qurtarın, erməniylə döyüşün, sonra gəlin müsəlmanla döyüşün”. Əvvəl “vətəninizi qurtarın” deməzlərmi?
Amma reaksiyalar qanuni çərçivədə, fəsad çıxarmayacaq, ölkə birliyini pozmayacaq, daxili qarışıqlıq yaratmayacaq şəkildə davam etdirilməlidir; sonuna qədər yanlarındayıq...”

Comment