QR CodeQR Code

İmam Həsən Əskəridən (ə) bir neçə hədis

Nur.az.com , 20 Dec 2015 16:19

Islamtimes - İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”


İmam Həsən Əskəri (ə) buyurur: “Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”
* * *
İmam Həsən Əskəri (ə) buyurur: “Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”
* * *
İmam Həsən Əskəri (ə) buyurur: “Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”
* * *
İmam Həsən Əskəri (ə) buyurur: “Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”
* * *
İmam Həsən Əskəri (ə) buyurur: “Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”


Story Code: 506552

News Link :
https://www.islamtimes.org/az/news/506552/imam-həsən-əskəridən-ə-bir-neçə-hədis

Islam Times
  https://www.islamtimes.org