QR CodeQR Code

Ərdoğan Əhmədinejada zəng edib

16 Jan 2011 09:28

IslamTimes - Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan Livanda baş verən son hadisələrlə əlaqədar İran prezidenti Mahmud Əhmədinejad, Səudiyyə Ərəbistanı kralı Abdullah bin Əbdüləziz və Qətərin əmiri şeyx Həməd bin Xəlifə Tani ilə telefon danışığı aparıb.


Türkiyə Baş Nazirliyinin mətbuat xidmətinin verdiyi açıqlamaya görə, cənab Rəcəb Tayyip Ərdoğan Livanda baş verən hadisələrlə bağlı olaraq telefon danışıqlarını davam etdirəcək.

İslam Konfransı Təşkilatının baş katibliyi də Livandakı bütün siyasi partiyalara ölkədəki böhrandan çıxmaq üçün hərəkətə keçməyi və ölkənin maraqlarını ən yüksək səviyyədə təmsil etməyə çağırıb.

İKT baş katibliyi məsələ ilə bağlı olaraq verdiyi açıqlamada inam, stabillik və insanların rifahı naminə Livanın birliyinin qorunmaq gərəkdiyini vurğulayıb.


Story Code: 50675

News Link :
https://www.islamtimes.org/az/news/50675/ərdoğan-əhmədinejada-zəng-edib

Islam Times
  https://www.islamtimes.org