QR CodeQR Code

Ququş Azərbaycanı təhqir etdi

16 Jan 2011 10:07

IslamTimes - Azərbaycan əsilli müğənni Ququşun (Faiqə Atəşin) erməni sevgilisinin olduğu və onun Ermənistanda konsert verməyə hazırlaşması barədə yazı dərc etmişdik


ABŞ-da fəaliyyət göstərən “Günaz TV”-nin rəhbəri Əhməd Obalının ANS-ə verdiyi məlumata görə, müğənninin artıq Ermənistanda üç konserti olub.

Ə.Obalı bildirib ki, müğənni Ermənistan iqtisadiyyatına dəstək aksiyalarında da iştirak edir. O, deyib ki, müğənni xanım bu yaxınlarda Stokholmda (İsveç) keçirdiyi konsertdə azərbaycanlıların intellektinə toxunan lətifə danışaraq onları təhqir edib.
Qeyd edək ki, müğənninin Bakıda bir neçə dəfə konserti təşkil edilsə də baş tutmayıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun bildirdiyinə görə, 2003 və 2005-ci illərdə Ququşun Bakıda konsertini təşkil etmək istəyənlər olub. Hətta Heydər Əliyev adına Sarayın rəhbərliyi ilə danışıqlar da aparılıb. Lakin təşkilatçılar nədənsə sonradan fikirlərindən daşınıblar. İran əsilli müğənni Yaqub Zürufçu da bir neçə dəfə müğənninin Bakıda konsertini təşkil etmək istəsə də cəhdi alınmayıb. Dünən Y.Zürufçu ilə əlaqə yaratmaq cəhdimiz alınmadı. Görünür, Azərbaycanlı əsilli müğənninin erməni sevgisi onun Azərbaycana yox, Ermənistana cəlb edir. /Müsavat/


Story Code: 50677

News Link :
https://www.islamtimes.org/az/news/50677/ququş-azərbaycanı-təhqir-etdi

Islam Times
  https://www.islamtimes.org