0
Tuesday 22 December 2015 - 00:36

Nigeriya qətliamı qurbanlarının sayı 2 min nəfərə çatdı

Story Code : 506896
Nigeriya qətliamı qurbanlarının sayı 2 min nəfərə çatdı
Əlbəttə Nigeryanın xristian hakimiyyəti ilk dəfə deyildi ki, şiələrə qarşı belə bir vəhşilik törədirdi. Ötən il “Qüds” günündə də İsrailə qarşı keçirilən aksiyada, bu ölkənin şiə lideri şeyx İbrahim Zəkzakinin 3 oğlu və digər aksiyaçılar qətlə yetirildi. Son hücumda isə şeyx Zəkzakinin daha 3 oğlu və 2 min şiə vətəndaş qırğın edildi. Hazırda şeyx Zəkzakinin Məhəmməd adlı bir oğlu və 2 qızı qalıb. Suheyla adlı qızı da yaralıdır.

Ən maraqlı olanı budur ki, yeganə Beynəlxalq İnsan Haqları Təşkilatı baş verən hadisəni dinc insanlara qarşı qətliam adlandırdı. Özünü demokratik dünya adlandıran ölkələr, BMT və digər qurumlar isə baş verən bu olayı görməzlikdən gəldilər.
Source : Faktxeber
Comment