QR CodeQR Code

İranda yeni qaz yatağı kəşf olunub

17 Jan 2011 09:07

IslamTimes - İranın neft naziri Seyid Məsud Mirkazimi bildirib ki, kəşf olmuş yeni qaz yatağının adı "Xəyyam"dır və Fars Körfəzi sahillərində Əsaluye şəhərinin şərqində yerləşir


Bu barədə Trend İranın Fars xəbər agentliyinə istinadən məlumat verir.
"Yeni qaz yatağının 260 milyard kubmetr ümumi qaz ehtiyatı var ki, onun 210 milyard kubmetrini hasil etmək olar", -deyə Mirkazimi deyib.
Mirkaziminin sözlərinə görə, yeni qaz yatagında 18-20 quyu qazmaqla sutkada 24 million kubmetr qaz hasil etmək mümkündür.
"Həmin qaz yatağının 220 milyon barel qaz kondensatı ehtiyatı var ki, 100 milyon barelini hasil etmək mümkündir", -deyə Mirkazimi deyib.


Story Code: 50777

News Link :
https://www.islamtimes.org/az/news/50777/iranda-yeni-qaz-yatağı-kəşf-olunub

Islam Times
  https://www.islamtimes.org