0
Friday 25 December 2015 - 14:51

Şeyx Əli Salman Bəhreyn xalqına məktub ünvanlayıb

Story Code : 507841
Şeyx Əli Salman Bəhreyn xalqına məktub ünvanlayıb
İslamazeri.az “Miratul-bəhreyn”-ə istinadən xəbər verir ki, Bəhreynin nüfuzlu ruhanisi Şeyx Əli Salman ölkədə olan proseslərdən yazıb.

Şeyx Salman yazdığı məktubda bildirib: “Siyasi və iqtisadi böhranlar hakimiyyətə müxalif olanların sözlərinin doğruluğunu təsdiqlədi və köklü islahatların baş verməsinin zəruriliyini bir daha sübut etdi. Ömrümdən bir il keçməsindən sonra ölkəmin siyasi, iqtisadi və ictimai böhrandan çıxması üçün olan ehtiyaclarına inam və əqidəm daha da güclənib. Ölkənin böhrandan çıxmasının bir yolu var. Bu da həqiqi və razılaşmış siyasi yoldur. Hansısa digər yol həqiqətdən qaçmaq və ölkəyə xəyanətdir. Siyasi həll yolundan başqa çarəmiz yoxdur.”
Source : Islamazeri
Comment