QR CodeQR Code

Misirdə kilsəyə hücum edənə ölüm cəzası

17 Jan 2011 10:15

IslamTmes - Misirdə yanvar ayının 6-da kilsənin çıxışında 1 polis və altı sadə vətəndaşı öldürən şəxsə edam cəzası verildi


Öldürülən şəxslər ibadətdən çıxan qıpti xrisrianları olub. Kena şəhərinin hüquq mühafizə orqanları silahlı hücumdan sonra barəsində axtarış elan olunan cinayətkarı qısa müddətdə tapıb. Silahlı hücumda şübhəli bilinən digər 2 nəfər barəsində isə məhkəmə yanvarın 20-də qərar verəcək.
Xatırladaq ki, yanvarın 6-da Noel bayramı münasibəti ilə təşkil olunmuş ayindən çıxan şəxslərə avtobildən atəş açılmış və nəticədə 1 polis əməkdaşı və 6 nəfər ölmüşdü. Hadisə zamanı 9 nəfər də müxtəlif nahiyələrindən güllə yarası almışdı. /Deyerler/


Story Code: 50785

News Link :
https://www.islamtimes.org/az/news/50785/misirdə-kilsəyə-hücum-edənə-ölüm-cəzası

Islam Times
  https://www.islamtimes.org