0
Wednesday 30 December 2015 - 17:42

Ayətullah Xamenei müsəlmanların düşmənindən danışdı

Story Code : 509113
Ayətullah Xamenei müsəlmanların düşmənindən danışdı
İslamazeri.az-ın “Fars”-a istinadən verdiyi xəbərə əsasən, Ayətullah Xamenei ruhanilər və açıq düşüncəli alimlərin həqiqi missiasının ciddi və cihad ruhiyyəli addımlamaq olduğunu dilə gətirərək deyib: “Bu gün İslam dünyasının növbəsidir ki, elm və texnologiya, ağıl, tədbir və bəsirətdən istifadə edərək İslam mədəniyyətini dünyada bərpa etsin. Bu gün İslam ümmətinin missiası yalnız Peyğəmbərin (s) mövlud günün qeyd etmək deyil. İslam dünyası İslam mədəniyyətinin dirçəlişi üçün çalışmalıdır. İslam mədəniyyəti Qərb mədəniyyəti kimi torpaqlara təcavüzün, insan haqqlarının tapdanmasının, şəxsi mədəniyyət və əxlaqların zorla tətbiqi demək deyil. Əksinə İlahi fəzilətlərin bəşəriyyətə hədiyyəsi və düzgün yolun insanlar tərəfindən seçilməsi deməkdir. Qərb mədəniyyəti insanlara sürət, texnologiya, rahatlıq və digər məsələləri versə də, bəşəriyyətin xoşbəxtçiliyi, səadət və ədaləti ərməğan edə bilmədi. Qərb mədəniyyəti zahirdə gözəl olmasına baxmayaraq hazırda fəsad və mənəvi baxımdan puç haldadır. Elə bir vəziyyətə gəlib çatıb ki, Qərb özü də bunu etiraf edir. Hədəfimizə çatmaq üçün islam dünyasının siyasətçilərinə ümüdümüz yoxdur. Qiblələri Qərb olmayan din alimləri və açıq düşüncəli ziyalılar islam ümməti arasında aydınlatma işinə başlasınlar və bu mədəniyyətin bərpa olunmasına inansınlar. İslam dünyasının təbii sərvətləri, istedadlı şəxsiyyətləri, coğrafi üstünlükləri var. Bu üstünlüklər həqiqi islam təlimləri ilə cəmlənərsə islam dünyası öz uğurlu nəaliyyətlərini elm, siyasət, texnologiya və müxtəlif ictimai arenalarda üzə çıxara bilər. Bu mərhələyə çatmaq üçün şərtlər var. Onun şərti də imperialist qüvvələrin millətlərdən kölələrinin azalmasıdır. Bunun əlbəttə ki xərci var. Bu hədəfə xərcsiz çatmaq mümkün deyil. Qərb mədəniyyətindən fərqli olaraq islam mədəniyyətində heç bir ölkəyə qarşı zor güc tətbiq olunmaz. Bu hədəfə çatmaq istəyiriksə gözümüz Qərbin üzərində olmalıdır. Onların gülümsəməsi ya qəzəbinin təsirinə düşməməliyik. Öz bacarıqlarımıza söykənərək düzgün yolda irəliləməliyik. Düşmənin öz siyasətlərini reallaşdırmaq üçün istifadə etdiyi əsas silahlardan biri müsəlmanlar arasında ixtilaf yaratmaqdır. Şiə sünnü məsələsi ABŞ tərəfindən müzakirə obyektinə çevrildiyi zamandan ayıq olan insanlar narahat olmağa başladılar. Amerika islamın özü ilə müxalifdir. Onların bəzi firqələrə yardım etməsinə aldanmamalıyıq. ABŞ-ın eks prezidentinin 11 sentyabr hadisələrindən sonra səlib müharibələrindən söz açması həqiqətdə onların islamla mübarizəsinin göstəricisi idi. Onların bu addımları münafiqliyinin göstəricisidir. Onların sünnülərlə müvafiq, şiələrlə müxalif olmaları yalandır. O cür hücumlara məruz qalan Qəzza camaatı, ya İordan çayının qərb sahillərində olanlar sünnü deyillərmi? ABŞ-ın düşməni islamçılıq və islama meyillilikdir. Onlar üçün fərq etmir şiə ya sünnü. Onlar islam qaydaları ilə davranmaq qərarına gələn hər bir müsəlmanla düşməndirlər. Onların əsas hədəfi islam mədəniyyətini çökdürməkdir. Buna görədir ki, islami oyanışlar başladığı zaman onlar nigaran oldular və onu cilovlamağa çalışdılar. Bəzi ölkələrdə buna nail olsalar da, islami oyanış məhv olunası deyil və Allahın lütfi ilə öz hədəfinə çatacaqdır. Onların hiylələri müqabilində sakit qalmamalı və təslim olmamalıyıq. Bəsirət və müqavimətimizi qoruyaraq planları önündə durmalıyıq.”

Bəhreyn, Yəmən, Suriya, İraq və Nigeriya müsəlmlarına qarşı Qərbin zülmünə sakit qalan islam ölkələrini qınayan Ayətullah Xamenei deyib: “Niyə Nigeriyada islahatçılıqla məşğul olan bu mömin şəxsə qarşı faciə törədirlər. Minə yaxın insan öldürülür və övladları şəhid edilir, islam dünyası isə bütün bunlar müqabilində susur? Onların hədəfləri çox təhlükəlidir və bizim vəzifəmiz bəsirət və ayıqlıqdır. İslam alimləri və aıq düşüncəli ziyalıların vəzifəsi budur ki, xalq və vicdan sahibi olan siyasətçilərə həqiqətləri çatdırsınlar. Düşmənin islam dünyasına qaşrı hiylələr yağdırdığı bir zamanda kiminsə yatmağa haqqı yoxdur.”

Xatırladaq ki, Tehranda keçirilən vəhdət konfransında dünyanın əksər müsəlman ölkələrindən iştirak ediblər. Azərbaycanı isə vəhdət konfransında məruzəçi kimi heç kim təbliğ etməyib.
Source : Islamazeri
Comment