QR CodeQR Code

Türkiyə şirkətləri üçün Rusiyada qadağan olunmuş fəaliyyət sahələrinin siyahısı açıqlanıb

30 Dec 2015 23:28

IslamTimes - Rusiyanın baş naziri Dmitri Medvedyev Türkiyə şirkətləri üçün Rusiya ərazisində qadağan olunmuş fəaliyyət sahələrinin siyahısı barədə qərar imzalayıb.


APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, siyahıya tikinti, memarlıq, mühəndis-texniki layihələndirmə, tədqiqat, turagentliklər, mehmanxana, dövlət qurumları və bələdiyyələrin ehtiyaclarının qarşılanması, ağac emalı kimi fəaliyyət sahələri daxil edilib. Qadağalar qərarın qüvvəyə minməsinə qədər Türkiyə ilə imzalanmış müqavilələrə şamil olunmur. Xatırladaq ki, Rusiya 2016-cı ilin yanvarında başlayaraq Türkiyədən bir sıra ərzaq məhsulların idxalını dayandırıb, Türkiyə ilə çarter reyslərini təxirə salıb.


Story Code: 509195

News Link :
https://www.islamtimes.org/az/news/509195/türkiyə-şirkətləri-üçün-rusiyada-qadağan-olunmuş-fəaliyyət-sahələrinin-siyahısı-açıqlanıb

Islam Times
  https://www.islamtimes.org