0
Thursday 31 December 2015 - 00:00

Putin: “Rusiya ilə ABŞ müxtəlif regionlarda münaqişələrin həllinə kömək edə bilər”

Story Code : 509206
Putin: “Rusiya ilə ABŞ müxtəlif regionlarda münaqişələrin həllinə kömək edə bilər”
APA-nın Kremlin saytına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin amerikalı həmkarı Barak Obamaya ünvanladığı təbrik məktubunda deyilir.
Rusiya prezidenti əmin olduğunu bildirib ki, qarşılıqlı maraqlar nəzərə alınmaqla, konstruktiv dialoq və əməkdaşlıq qurulduğu halda Rusiya ilə ABŞ yeni çağırış və təhdidlərlə qarşı effektiv mübarizə apara, müxtəlif regionlarda münaqişələrin həllinə kömək edə bilərlər.
Putin Almaniya kansleri Angela Merkeli də təbrik edib. Onun məktubunda qeyd olunub ki, ötən il Moskva-Berlin əməkdaşlığının Avropada təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etməsi ilə yadda qalıb. Rusiya prezidenti iki ölkə və bütün qitə maraqları naminə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün birgə fəaliyyətin davam etdiriləcəyinə ümid etdiyini əlavə edib.
Putin həmçinin Çin Xalq Respublikasının sədri Si Tsinpin, Roma papası Fransisk, Beynəlxalq Valyuta Fondunun direktoru Kristin Laqard və digər şəxsləri Yeni il bayramı münasibəti ilə təbrik edib.
Comment