0
Thursday 31 December 2015 - 21:41

Türkiyə tam blokadaya düşdü

Story Code : 509371
Türkiyə tam blokadaya düşdü
Bu iddia ilə “Vol Strit Jurnal” qəzeti çıxış edib. Qəzet Türkiyənin tam olaraq düşmən blokadasına düşdüyünü bildirib:

“Əhməd Davudoğlu da hesab edirdi ki, Qərblə münasibətləri soyudub, Rusiya və İranla əlaqələri sıxlaşdırmaq, Türkiyəyə Yaxın Şərqdə uğur qazanmağa yardım edəcək. Lakin indi Türkiyənin ən yaxın qonşuları olan İran, İraq, Suriya və Rusiya Ankaraya qarşı birləşiblər. Ərəb baharı Türkiyənin regional hakimiyyətinin yoxlanışı oldu. 2013-cü ildə Ankara Müsəlman qardaşlarını dəstəkləməklə ərəb liderlərini özündən uzaqlaşdırmış oldu. Rusiya ilə əməkdaşlıq da sona çatdı. Çünki hər iki ölkə Suriyada gizli müharibə aparırdı. Türkiyəni yeni xarici siyasəti məhv oldu və buna görə də o özünün keçmiş müttəfiqləri ilə əməkdaşlığa geri qayıtmaldır”.
Source : Axar
Comment