QR CodeQR Code

Türkiyəli vəkillər artıq Bakıdadırlar

18 Jan 2011 11:00

IslamTimes - Türkiyənin tanınmış insan haqları təşkilatı olan "Mazlumder" təşkilatının baş katibi Şərifə Gül Arıman və baş katibin müavini Uzeyir Yigit Bakıda səfərdədirlər


"Mazlumder" rəsmiləri bu işgüzar səfərləri zamanı QMİ, Ədliyyə nazirliyi, Təhsil nazirliyi, Türkiyənin Azərbaycandakı səfirliyində olacaqlar.
Türkiyəli vəkillər həmçinin Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidləri "Şəhidlər Xiyabanı"nda ziyarət etmək istədiklərini bildiriblər.
"Mazlumder"in baş katibin müavini Üzeyir Yigitin sözlərinə görə səfərlərinin əsas məqsədlərindən biri Azərbaycandakı söz azadlığı, din və etiqad azadlığı barəsində məlumat toplamaqdır.
"Biz istəyirik ki, qardaş Azərbaycanda bu cür problemlər olmasın. Biz problemlərin dərinləşməsini və şişməsini istəyənlərdən deyilik. Ortaq məxrəcə gəlməklə məsələlər həll edilə bilər. Düşünmürük ki, Azərbaycan höküməti bu problemlərin şişməsində maraqlı olsun. Sadəcə ortaq məxrəcə gəlmək və imza atdığımız beynəlxalq sazişlərə əməl etsək hər şey normal olar"-deyən Üzeyir İgit orta məktəblərdəki hicab qadağası, Eynulla Fətullayevin həbsi, həmçinin bəzi dindarların həbsilə yanaşı AİP sədrinin saxlanma səbəblərilə maraqlanmaq istədiklərini önə çəkib.
Üzeyir Yigit sözlərinin davamında deyib: "Azərbaycanda heç kəsə vəkillik etməyəcəyik. Həmçinin bir istiqamətdə də işimiz olmayacaq. İşimiz monitorinqlərdən ibarət olacaqdır"
Qeyd edək ki, bu gün "Mazlumder" rəsmiləri DEVAMM, "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin rəsmilərilə görüş keçirib. islam-azeri
Səfərlə bağlı xəbərlər yenilənəcək.


Story Code: 50956

News Link :
https://www.islamtimes.org/az/news/50956/türkiyəli-vəkillər-artıq-bakıdadırlar

Islam Times
  https://www.islamtimes.org