QR CodeQR Code

Ayətullah Sistani: "Qardaşlarımızın şəhid qanı zülmlə axıdıldı"

Deyerler , 3 Jan 2016 15:58

İslamtimes - Ayətullah Sistani Səudiyyə rejimi tərəfində nüfuzlu İslam alimi və fəalı Ayətullah Şeyx Baqir Nimrin edamını pisləyən bəyanat yayıb.


Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, Ayətullah Seyyid Sistani Səudiyyə rejiminin bu cinayətini "ədalətsiz zülm" kimi dəyərləndirib.

Şeyx Nimrin edamından təəssüfünü qeyd edən Ayətullah Sistani Şeyx Nimr və onubla birlikdə məzlumca edam edilən üç Əhli-beyt (ə) davamçısının ailələrinə başsağlığı verib.



"Böyük acı və təəssüf ilə regionda inanclı qardaşlarımızın məzlumcasına şəhid edilməsi xəbərini aldıq. Onların qanı ədalətsiz zülmlə töküldü", - deyə Ayətullah Sistaninin bəyanatında deyilir.


Story Code: 509955

News Link :
https://www.islamtimes.org/az/news/509955/ayətullah-sistani-qardaşlarımızın-şəhid-qanı-zülmlə-axıdıldı

Islam Times
  https://www.islamtimes.org