QR CodeQR Code

AİP sədrinin müavini həbs edildi

18 Jan 2011 18:26

IslamTimes - Azərbaycan İslam Partiyasının baş məclisinin üzvü Natiq Kərimov bildirib ki, "Dünən axşam saatlarında AİP sədrinin təşkilati məsələlər üzrə müavini Vaqif Abdullayev, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılıb.


Vaqif Abdullayev barəsində 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Məhkəmənin onun barəsində təyin etdiyi 15 sutka həbs cəzasının bitməsinə 5 gün qalmasına baxmayaraq, Vaqif Abdullayevin hansı səbəbdən Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılması və həbs edilməsi bizə məlum deyil."
Ailəsindən verilən məlumata görə, V. Abdullayev qanunsuz fəaliyyətdə və iğtişaşlar törətməyə cəhddə ittiham olunur. /Faktxeber/


Story Code: 51043

News Link :
https://www.islamtimes.org/az/news/51043/aip-sədrinin-müavini-həbs-edildi

Islam Times
  https://www.islamtimes.org