QR CodeQR Code

Rusiya Fələstini müstəqil olaraq tanıdı

18 Jan 2011 18:36

IslamTimes - Rusiya Fələstini müstəqil dövlət olaraq tanıdığını bəyan etdi. Bu sürpriz açıqlamanı Rusiyanın prezidenti Dimitri Medvedev Fələstinə bu gün etdiyi səfər zamanı deyib.


Qeyd edək ki, son zamanlar Fələstini müstəqil dövlət olaraq tanıyan ölkələrin sayı artmaqdadır. Hətta okeanın o biri tərəfində yerləşən Cənubi Amerika ölkələri Fələstini müstəqil dövlət olaraq tanıdığını bəyan ediblər. İsrail rejiminin politoloqları isə həyəcan təbili çalaraq, İsrail rejiminin təcili xarici siyasətində dəyişikliklər edilməsini tələb ediblər. Müstəqil ekspertlər ötən ilin sonunda 2011-ci ildə dünyanın nüfuzlu ölkələrinin Fələstinin müstəqilliyini tanıyacaqları haqında fikirlər irəli sürmüşdülər. /TRT/


Story Code: 51045

News Link :
https://www.islamtimes.org/az/news/51045/rusiya-fələstini-müstəqil-olaraq-tanıdı

Islam Times
  https://www.islamtimes.org