0
Thursday 7 January 2016 - 01:25

Tale Bağırovun məhkəməsi təxirə salınıb

Story Code : 510807
Tale Bağırovun məhkəməsi təxirə salınıb
Vəkil bildirib ki, məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Vəkil C.Cavadov Tale Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

T.Bağırovun iddiasına yanvarın 6-da baxılmalı idi. Prosesə sədrliyi hakim Babək Pənahov edəcək.

T.Bağırov noyabrın 26-da Bakının Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı tutulub. Əməliyyat zamanı 2-i polis olmaqla 7 nəfər öldürülüb.
Source : Nur.az.com
Comment