QR CodeQR Code

Hacı İlqar İbrahimoğlu: "Nardaran Ağsaqqalı Natiq Kərimovun həbsini ölkəmiz üçün çox zərərli sayıram

Deyerler , 8 Jan 2016 01:39

İslamtimes - Xəbər verildiyi kimi, Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimovun barəsində dörd aylıq həbs qəti imkan tədbiri tətbiq edilib


DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu öz "facebook" səhifəsində bununla bağlı açıqlama verib. Həmin açıqlamanı oxuculara təqdim edirik: "Hörmətli Nardaran Ağsaqqalı Kərbəlayi Natiq Kərimovun həbsini ölkəmiz üçün çox zərərli sayıram. Kərbəlayi Natiq Kərimovu mömin və vətənpərvər bir insan kimi tanıyıram. Onun Vətənə xəyanət kimi maddələrlə ittiham olunmasını, ağlasığmaz bir hal kimi dəyərləndirirəm. Hesab edirəm ki, həmişə problemlərin məntiq və təmkin üzərində cözülməsinə çalışan bir insanı, nəinki həbs etmək, əksinə onun müdrik ağsaqqal sözünə daha diqqətlə və sayğı ilə yanaşmaq məntiqli olardı. Bütün bunlardan əlavə, sırf prosessual baxımından, səhhətində ciddi problemi olan ahıl insanı azadlıqdan məhrumetmə ilə bağlı qəti imkan tədbirinə məruz qoymaq - qətiyyən anlaşılan deyil. Uca Allahdan bütün müşküllərin təcili həllini diləyirəm"./Deyerler.org/


Story Code: 511075

News Link :
https://www.islamtimes.org/az/news/511075/hacı-ilqar-ibrahimoğlu-nardaran-ağsaqqalı-natiq-kərimovun-həbsini-ölkəmiz-üçün-çox-zərərli-sayıram

Islam Times
  https://www.islamtimes.org