0
Monday 11 January 2016 - 14:04

Nigeriyanın ədliyyə naziri Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün müraciət edib

Story Code : 511705
Nigeriyanın ədliyyə naziri Şeyx Zəkzəkinin azadlığa buraxılması üçün müraciət edib
Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Nigeriya Ədliyyə Nazirliyinin mətbuat katibi Salihu İsah keçən həftə verdiyi açıqlamasında, ölkə prezidenti Məhəmməd Saad Əbubakarın həbsdə olanların azadlığa buraxılması üçün edilən tələblərlə bağlı ədliyyə naziri Malamiyə bir sıra tövsiyәlәr verdiyini bildirmişdir.

"Mən baş verənlərin dinc yolla həllinə nail oluna biləcəyini görmək üçün qanun çərçivəsində əlimdən gələni etməyə hazıram. Sizin tələblərinizi rəsmiləşdiriləcəyi təqdirdə, mən də ona görə, müvafiq instansiyalara müraciət edəcəyəm", - deyə Malami bildirib.

Malami Nigeriya ordusunun Zariyada İslam Hərəkatına qarşı hücumunu kədərli və təəssüfedici hal kimi dəyərləndirib. O, hadisə baş verən gün tərəflər arasında baş verənlərin dəqiq araşdırılması üçün ölkə prezidentinin rəhbərliyi altında komissiyanın yaradıldığını qeyd edib.
Source : Deyerler
Comment