0
1
comments
Thursday 20 January 2011 - 09:24

Terri Cons Britaniyaya buraxılmadı

Story Code : 51201
Terri Cons Britaniyaya buraxılmadı
Terri Cons Britaniyaya buraxılmadı
Böyük Britaniya hakimiyyəti amerikalı keşiş Terri Consun ölkəyə girişinə icazə verməyib. Bu barədə ölkənin daxili işlər nazirliyi məlumat yayıb. Terri Cons bir neçə ay əvvəl 2001-ci il 11 sentyabr hadisələri ilə əlaqədar olaraq Müqəddəs Quranı yandırmaq istəyirdi.
«Hökumət ekstremizmin bütün formalarına qarşıdır, ona görə də biz keşiş Terri Consa Birləşmiş Krallığın ərazisinə daxil olmağa icazə vermədik. Keşiş Consun çoxsaylı ifadələri yolverilməz davranış nümunələridir», deyə DİN nümayəndəsi bildirib.
Consu Britaniyaya «İngiltərə bizimdir» antimühacir qrupu dəvət edib.

Comment


Azerbaijan
xeste adamdi yeyqin .onun basinda catmamazdig var 100%