0
Thursday 20 January 2011 - 10:59

İranlı idmançılar Qarabağ şəhidlərini andılar

Story Code : 51206
Şəhidlər xiyabanı
Şəhidlər xiyabanı
"Qara yanvar"ın 21-ci ildönümünün anılması ilə bağlı İranın bir qrup idmançısı İrandan Bakıya veloyürüş gerçəkləşdirib. SalamNews-un müxbiri onlarla Şəhidlər Xiyabınında görüşüb.

SalamNews-un verdiyi məlumata görə, onlarla İran idmançıları 20 yanvar faciəsinin qurbanları olmuş Azərbaycan vətəndaşlarının xatirəsini yad etmək üçün yüzlərlə kilometr məsafə qət edib. Həmin vaxt sovet qüvvələri Bakıya daxil olaraq, yüzlərlə günahsız insanları öldürüb və yaralayıblar.

Şəhidlər Xiyabanına gələn velosiped yürüşünün iştirakçıları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin yanında yanan Əbədi məşələ əklil qoyub.
“Artıq 11-ci ildir ki, biz Bakıya velosiped yürüşü təşkil edirik. Bununla biz həmrəyliyimizi bildirir və Azərbaycan xalqı ilə birgə Quranda xüsusi qeyd olunan şəhidləri yad edirik”, - deyə qrupun rəhbəri Məhəmməd Sübhani söyləyib.

O, həmçinin qeyd edib ki, 1990-cı il yanvar faciəsinə həsr olunmuş velosiped yürüşündən başqa, biz həmçinin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin ölümünün 40-cı ildönümünə həsr olunmuş velosiped yürüşü də təşkil etmişik.

Sübhani Azərbaycanın Gənclər və İdman Nazirliyinin rəhbərliyinə təşkilati koməyə görə və yol-patrul xidmətinin əməkdaşlarına bütün yol boyu onları müşayiət etdiklərinə görə minnətdarlıq bildirib.
“İranlı həmkarlarımızın bu tədbiri bir daha İran-Azərbaycan münasibətlərinin möhkəmliyindən xəbər verir. İran idmançılarına bizim şəhidləri yad etdiklərinə görə, Azərbaycan xalqına isə başsağlığımızı bildiririk”, - deyə İdman və Gənclər Nazirliyinin nümayəndəsi MirKamil Rəhimov söyləyib. /SalamNews/
Comment