0
Saturday 16 January 2016 - 09:27

Yəməndə İordaniyanın hәrbi təyyarəsi vuruldu, BƏƏ komandiri öldürüldü

Story Code : 512703
Yəməndə İordaniyanın hәrbi təyyarəsi vuruldu, BƏƏ komandiri öldürüldü
Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, İordaniya ordusuna aid döyüş təyyarələrinin Səudiyyə Ərəbistanı sərhədində Yəməni bombalamaq üçün təlim uçuşu etdiyi vaxt Yəmən qüvvələri tərəfindən vurularaq yerə salınıb. Yerli mənbələr hadisə zamanı pilotların xilas olduğunu bildirirlər.

Digər tərəfdən BƏƏ-nin yüksək vəzifəli komandiri, Səudiyyənin himayəsi altında olan 3 xarici muzdlu əsgər ilә birgә Taizzə edilən hücum zamanı Yəmən qüvvələri tərəfindən öldürülüb.

Bu arada, Səudiyyə Ərəbistanına aid döyüş təyyarələri Yəmənin paytaxtı Sənanın 40 kilometr cənubundakı bölgələrə hava hücumu nәticәsindә ən azı 15 mülki vətəndaş həlak olub vә 25 nəfər yaralanıb.

Səudiyyə döyüş təyyarələri Əmran əyalətini də bombalayıb. Bu hücumda da bir neçə nəfər həlak olduğu vurğulanır.
Source : Deyerler
Comment