0
Saturday 16 January 2016 - 14:18

Qubada aksiyanı çəkən şəxs saxlanılıb

Story Code : 512777
Qubada aksiyanı çəkən şəxs saxlanılıb
Yanvarın 15-də gecə saatlarında Quba rayonunun Vladimirovka kənd sakini Çingiz Alışanov saxlanılıb. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, kənd sakini evindən aparılıb. Səbəb onun gündüz Quba şəhərində keçirilən aksiyanı telefonuna çəkməsidir: “Polislər aksiyanı dağıdanda onun telefonu əlindən düşdü. Polislər də telefonu aparıb, onu buraxdılar. Gecə vaxtı gəlib özünü də aparıblar”.
Yaxınları Çingiz Alışanovun hara aparıldığından xəbərsizdir. Bu barədə heç bir rəsmi məlumat yoxdur.
Source : Meydantv,
Comment