QR CodeQR Code

İran-5+1 ölkələri İstanbulda üz-üzə gəlir

20 Jan 2011 18:42

IslamTimes - İranın rəsmi heyəti 5+1 ölkələri ilə müzakirə üçün İstanbula daxil olub


"İslamTimes" "Fars" xəbər agentliyinə istinadən bildirir ki, bu gün 5+1 və İran arasındakı danışıqlarda İranı təmsil edən nümayəndə heyəti İstanbula daxil olub.
İranın nümayəndə heyətini Səid Cəlili, Əli Baqiri, Heydər Rza Əsgəri, Əli Ahəni və Əbəlfəzl Zöhrəvənd təşkil edir.
İran və 5+1 ölkələri arasındakı danışıqların növbəti mərhələsinə sabah İstanbul şəhərində start veriləcəyi bildirilir. İran rəsmiləri müzakirələrdə müsbət dəyişikliklər gözlədiyini bildirib.


Story Code: 51281

News Link :
https://www.islamtimes.org/az/news/51281/iran-5-1-ölkələri-istanbulda-üz-üzə-gəlir

Islam Times
  https://www.islamtimes.org