0
Thursday 20 January 2011 - 18:59

Yeni Müdafiə Komitəsi

Story Code : 51283
Yeni Müdafiə Komitəsi
Yeni Müdafiə Komitəsi
Müdafiə Komitəsi strukturu sədr, idarə heyəti, katiblik və mətbuat xidmətindən ibarət olacaq. Komitəyə Məhəmməd Ordubadi sədr seçilib.
Komitə İranda yaşayan Azərbaycan Respublikası vətəndaşlarının təşəbbüsü ilə təsis edilib. Müdafiə Komitəsinin 15 nəfərin iştirakı ilə keçirilən ilk iclasında qərara alınıb ki, Azərbaycan Respublikasında müsəlman kəsimə qarşı siyasi, iqtisadi, ictimai zəmində baş vermiş bütün zorakılıq halları ilə bağlı monitorinqlər, problemin həlli yönündə ictimai vəkillik fəaliyyəti həyata keçirilsin.
Anti-islam qüvvələr tərəfindən zorakılıq qurbanı olan müsəlmanların fərdi müraciətləri əsasında onların hüquqlarının müdafiəsi təşkil ediləcək. İclasda iştirak edənlər qərar veriblər ki, son Hicab qadağası hadisəsində insanların həbsi siyasi motivlidir, onlar hansısa çevrələrin anti-islam niyyətlərindən doğan məkrli plana əsasən həbs olunublar. Komitənin tərkibinə daxil olan digər əlaqələndiricilər müəyyənləşib.
İlk iclasda komitə qarşısında qəti vəzifə qoyulub: Azərbaycan Respublikasında Hicab qadağası ləğv edilənə, son günlər həbs edilən dindarlar azadlığıa çıxana qədər “Hicab və Hicab Qadağası Məhbuslarını Müdafiə Komitəsi” öz işini davam etdirəcək.

Komitənin mətbuat xidməti
e-mail: hicab-mk@mail.ru

Comment