QR CodeQR Code

Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimrin oğlu: "Mən atamla fəxr edirəm"

Deyerler , 17 Jan 2016 01:44

İslamtimes - Səudiyyə Ərəbistanının nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimrin oğlu Məhəmməd Ən-Nimr atasıyla fəxr etdiyini deyib.


Deyerler.org Farsnews-a istinadən xəbər verir ki, NPR saytına müsahibə verən Məhəmməd Ən-Nimr deyib ki, atası zorakılığa qarşı təbliğ edirdi.

Məhəmməd atasının Səudiyyə hökumətinin qatı tənqidçilərindən olduğu üçün onun atdığı addımlardan qürur duyduğunu dilə gətirib: "Biz 100 ildən artıq bir müddətdir ki, çalışırdıq səsimizi bütün dünya eşitsin. O, öz fəaliyyətilə dünyanın nəzərlərini Səudiyyə Ərəbistanı rəhbərliyinin hərəkətlərinə cəlb edə bildi. O göstərdi ki, bu rejim sözün müqabilində dözümsüzdürlər və insanları öldürülər".

Məhəmməd Ən-Nimr atasının terrorçu olmasıyla bağlı Səudiyyə hökumətinin iddiası haqda belə cavab verib: "Mən sadəcə demək istəyirəm ki, atam heç kimə qarşı zorakı söz işlətməyib. Bunu iddia edən varsa, bircə dəlil gətirsin. O, silahsız ikən qarşı 4 dəfə atəş açıb. Yaxşı o silahlı idisə, bəs niyə onun silahlı olduğunu sübut gətirə bilmədilər. Ancaq onlardan heç kim xəsarət almamışdır. Yalnızca o yaralanmışdır".



Məhəmməd Ən-Nimr bildirib ki, atasının edam edilməsi xəbərini evdə olarkən ona xəbər veriblər. O, əvvəlcə şokda olduğunu, amma sonra yüngülləşdiyini deyərək sözlərini bu cür davam edir: "O, 2012-ci ildən təkadamlıq kamerada saxlanılırdı. Bilirdim ki, onu buraxmaq fikrində deyillər. O, xüsusi rejimdə idi. Mən zindanla bağlı deyə bilərəm ki, o, hətta günəşə belə baxa bilmirdi."

Qeyd edək ki, yanvarın 2-də Səudiyyə rejimi nüfuzlu Əhli-Beyt (ə) alimi Ayətullah Şəhid Şeyx Nimr Baqir ən Nimri edam edərək, bütün dünyada vicdanlıların narazılığını özünə qarşı qaldırıb.


Story Code: 512943

News Link :
https://www.islamtimes.org/az/news/512943/ayətullah-şəhid-şeyx-nimr-baqir-ən-nimrin-oğlu-mən-atamla-fəxr-edirəm

Islam Times
  https://www.islamtimes.org