0
Thursday 20 January 2011 - 21:58

Fitnes intihara mane olmur

Story Code : 51296
Fitnes intihara mane olmur
Fitnes intihara mane olmur
“IslamTimes” “Islam.ru” saytına istinadən xəbər verir ki, Amerika əsgərinin həyatı son illər stress içindədir. Artıq bəzi əsgərlər İraq və Əfqanıstana dəfələrlə ezam edilib. Əsgərləri müharibə təhlükəsindən daha çox stress hədələyir. Elə bu stress səbəbindən də ABŞ ordusunda intiharların sayı artır. ABŞ quru qoşunları ştabının rəisi general Piter Çiarelli bildirir ki, hazırda intiharların qarşısını almaq üçün araşdırmalar aparılır. Yüksək rütbəli zabit əskərlərin psixoloji cəhətdən sağlamlığını təmin etmək üçün fitnes (idman) proqramlarının təsirli olmadığını söyləyib. Amma görülən tədbirlərin nəticələri ilin sonunda açıqlanacaq.
Comment