QR CodeQR Code

Fitnes intihara mane olmur

20 Jan 2011 21:58

IslamTimes - Stress səbəbindən də ABŞ ordusunda intiharların sayı artır.


“IslamTimes” “Islam.ru” saytına istinadən xəbər verir ki, Amerika əsgərinin həyatı son illər stress içindədir. Artıq bəzi əsgərlər İraq və Əfqanıstana dəfələrlə ezam edilib. Əsgərləri müharibə təhlükəsindən daha çox stress hədələyir. Elə bu stress səbəbindən də ABŞ ordusunda intiharların sayı artır. ABŞ quru qoşunları ştabının rəisi general Piter Çiarelli bildirir ki, hazırda intiharların qarşısını almaq üçün araşdırmalar aparılır. Yüksək rütbəli zabit əskərlərin psixoloji cəhətdən sağlamlığını təmin etmək üçün fitnes (idman) proqramlarının təsirli olmadığını söyləyib. Amma görülən tədbirlərin nəticələri ilin sonunda açıqlanacaq.


Story Code: 51296

News Link :
https://www.islamtimes.org/az/news/51296/fitnes-intihara-mane-olmur

Islam Times
  https://www.islamtimes.org