0
Sunday 17 January 2016 - 09:16

ABŞ və Avropa Birliyi İran üzərindən bütün sanksiyaları götürdü

Story Code : 512962
ABŞ və Avropa Birliyi İran üzərindən bütün sanksiyaları götürdü
Deyerler.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Ağ Ev ABŞ prezidenti Barak Obamanın İran üzərindən bütün sanksiyaların götürülməsi barədə sərəncam imzaladığını bildirib.

"Mən müəyyən edirəm ki, İran tərəfindən Hərtərəfli Fəaliyyət Planının həyata keçirilməsi, vəziyyəti fundamental olaraq dəyişir. ABŞ-ın öhdəliklərindən irəli gələrək indiyə qədər tətbiq edilmiş bütün sanksiyalar qüvvədən salınır", - deyə Obamanın sərəncamında deyilir.

ABŞ prezidenti bu barədə artıq Konqresə də məktub göndərildiyini bildirib.

Eyni zamanda Avropa Birliyi də İrana qarşı sanksiyaları aradan qaldırıb. Bu barədə Avropa Birliyinin xarici siyasət üzrə ali komissarı Federika Moqerini İran xarici işlər naziri Muhəmməd Cavad Zəriflə birgə Vyanada keçirdiyi mətbuat konfransında bildirib.

Deyerler.org-un PressTV-yə istinadən verdiyi xəbərə görə, bəyanatı öncə Moqerini ingilis dilində, daha sonra isə Zərif fars dilində oxuyub.

"İran üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyinə görə, İranın nüvə proqramı ilə əlaqədar bu ölkəyə tətbiq edilmiş bütün çoxtərəfli və milli iqtisadi və maliyyə sanksiyaları götürülür", - deyə bəyanatda deyilir. "Bütün tərəflər əmindir ki, bu tarixi və ədalətli bir razılaşmadır, eyni zamanda bütün tərəfləri qane edir", - deyə bəyanatda vurğulanır.



Eyni zamanda MAQATE baş katibi Yukio Amano çıxış edərək bildirib ki, İran bütün üzərinə düşən öhdəlikləri yerinə yetirir.
Source : Deyerler
Comment