0
Thursday 20 January 2011 - 22:11

“Təkcə xristianların qardaşı” üzr istədi

Story Code : 51302
“Təkcə xristianların qardaşı” üzr istədi
“Təkcə xristianların qardaşı” üzr istədi
“IslamTimes” “Pravda.ru” saytına istinadən xəbər verir ki, ötən ilin noyabr ayında ABŞ-ın Alabama ştatına qubernator seçilmiş Robert Bentli həm də kilsə xadimi və baptist müəllim olub. Bu şəxs 17 yanvarda inauqurasiya mərasimindəki çıxışında İsa Məsihi qəbul etməyənlərlə qardaş olmadığını bildirib. 2008-ci ildə aparılmış sosioloji sorğulara görə Alabama əhalisinin 80 faizi protestant, 6 faizi katolik, 11 faizi ateistdir. Bentlinin yalnız xristianları özünə qardaş sayması ştatda narazılıqları gücləndirib. İslam cəmiyyətinin sədri Aşfaq Tofiq Bentlinin çıxışını həyəcan siqnalı adlandırıb. Qubernatorun çıxışına yəhudi federasiyasının direktoru Riçard Fridman da etiraz edib. Çərşənbə günü qubernator dini liderlərlə görüş keçirərək inauqurasiya mərasimindəki sözlərinə görə üzr istəyib.
Comment