QR CodeQR Code

TÜRKİYƏDƏN AZƏRBAYCANA: "SƏMƏDOV YALNIZ DEYİL"

faktxeber , 22 Jan 2011 13:17

Islamtimes - Azərbaycanda orta məktəblərdə hicab qadağasının davam etməsinə və dindarların günahsız həbs olunmasına etiraz əlaməti olaraq, Türkiyədə növbəti aksiya keçirilib


FaktXeber.com-un "Vellfecr.com" saytına istinadən verdiyi məlumata görə, Azərbaycanda orta məktəblərdə hicab qadağasının davam etməsinə və dindarların günahsız həbs olunmasına etiraz əlaməti olaraq növbəti aksiya keçirilib. Bu dəfəki aksiya, İstanbul şəhərində yerləşən "Sultanəhməd" məscidində baş tutub. Cümə namazını qıldıqdan sonra məscid həyətində toplaşan yüzlərlə dindar, Azərbaycandakı islamafobiyanı sərt tənqid edib.

Qeyd edək ki, "Sultanəhməd" məscidindəki aksiya "Azərbaycandakı Müsəlman Məhbusların Müdafiə Komitəsi" tərəfindən təkil olunub. Aksiyada "Mustazaf DER" insan haqlarının müdafiə mərkəzinin şöbə rəisi Səid Şahin, "Yeni Akit" (Vakit) qəzetinin yazarı Əhməd Varol və "İsra" Mədəniyyət Mərkəzinin direktoru Nürəddin Şirin də iştirak edib.

Məlumat üçün bildirək ki, Türkiyə vətəndaşları tərəfindən təşkil olunan aksiyada, "Yaşasın Hicab Müqavimətimiz" "Hicaba Uzanan Əllər Qırılsın" "Səmədov, Tək Deyilsən" "Məhv olsun Amerika" "Məhv olsun İsrail" şüarları səsləndirilib.


Story Code: 51501

News Link :
https://www.islamtimes.org/az/news/51501/türkiyədən-azərbaycana-səmədov-yalniz-deyil

Islam Times
  https://www.islamtimes.org