QR CodeQR Code

ABŞ-dan çinə xəbərdarlıq : "ordumuzu geri göndərərik"

22 Jan 2011 23:54

IslamTimes - Çin ABŞ-ən tələblərinə məhəl qoymur. Yüksək səviyyəli Ağ Ev rəsmisi bildirib ki, "ABŞ prezidenti Barak Obamanın çinli həmkarı Hu Jintaonu, Pekin Şimali Koreya üzərindəki təzyiqini artırmazsa, ABŞ özünü hücumdan qorumaq üçün Asiyadakı qüvvələrini daha da gücləndirəcək - deyə xəbərdarlıq edib.


Obama ilk olaraq keçən ay Hu Jintao ilə apardığı telefon danışığında bu xəbərdarlığı edib. Cümə axşamı gecəsi Ağ Evdə yedikləri xüsusi yeməkdə bir daha Çini Şimali Koreyaya qarşı daha sərt mövqe sərgiləməy çağırıb. Beləcə Şimal və Cənubi Koreya arasındakı müzakirələrin yenidən başlamasının yolu da açılmış oldu.

Dünən Cənubi Koreya hökuməti, Şimalla keçiriləcək müdafiə görüşlərini qəbul etdiyini açıqlayıb. Beləcə noyabr ayında Koreya yarımadasında müharibə təhlükəsi yaradan bombalama hadisəsindən sonra iki tərəf arasındakı ilk təmas təmin edilib.

Pekin hələ Cənubi Koreyaya aid Çeonan müharibə gəmisinə təşkil edilən torpeda hücumuyla əlaqədar Pyongyangı qınamayıb. Hu Jintaonun səfəri əsnasında Çin ilk dəfə Şimali Koreyanın uran zənginləşdirmə proqramıyla əlaqədar narahatlığı mövzusunda ABŞ-a dəstəklədiyini qeyd edib. Ancaq Pekinin mövzuyla əlaqədar olaraq Şimalın cəzalandırılması istiqamətində heç bir kəskin addım atmayıb.

Yenə də Obamanın və müdafiə naziri Robert Qeyts kimi kabinet üzvlərinin təzyiqiylə Çin Şimali Koreya mövzusunda ABŞ-la əməkdaşlığında əhəmiyyətli addımlar atıb. Obama, Hu Jintaoya ABŞ-ın, hökumətinin ən böyük müttəfiqi Şimali Koreyaya Çinin kömək etməsini istəyib. Əgər kömək etməsəniz, Asiyadakı əsgərlərini yenidən artıacağıq - deyə xəbərdarlıq edib. Belə görünür Çin ABŞ-ın istəklərini bir o qədərdə ciddiyə almır.  /SizinYol/


Story Code: 51560

News Link :
https://www.islamtimes.org/az/news/51560/abş-dan-çinə-xəbərdarlıq-ordumuzu-geri-göndərərik

Islam Times
  https://www.islamtimes.org