0
Sunday 23 January 2011 - 00:00

Amerika telekanalı küveyti işğal etməyə çağırıb

Story Code : 51562
Amerika
Amerika
Amerikanın “FoxNews” telekanalı neftin qiymətinin qalxması bəhanəsi ilə Küveytə soxularaq, bu ölkəni zəbt etməyə çağırıb. Bu telekanalın aparıcısı Sin Haniti neftin qiymətinin qalxmasına reaksiya verərək növbəti sual verib: “Nəyə görə, Küveyt bu ölkənin azad olmasına cavab olaraq, ABŞ-ı neftlə təmin etmir və nəyə görə, azadlığına görə, Amerika ailələrinə pul ödəmir?”.

Küveytin keçmiş neft nazirinin bəyanatı ilə bağlı Haniti əlavə edib: “Deyəsən Küveytin neft nazirinin yaddaşı zəifləyib. Biz Küveytə soxularaq, 90-cı illərdə İraq işğalından azad olunması uğrunda itirdiyimiz itkilərin əvəzini ödəmək hüququmuz var”.

Qeyd edək ki, Küveytin keçmiş neft naziri bəyan edib ki, dünya iqtisadiyyatı neftin qiyməti bareli 100 dollar olsa da belə keçinə bilər. /SizinYol/

Comment