QR CodeQR Code

İranın paritet tələbi şərt sayıldı

23 Jan 2011 00:41

IslamTimes - İstanbulda 5+1 ölkələri ilə İran arasında keçirilən müzakirələrdə nəticə əldə olunmadı


Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Aşton İranın ön şərtlərinin qəbul edilməz olduğunu söyləyib. Aşton İstanbula praktik təkliflərlə gəldiklərini və bu təklifləri İrana təqdim etdiklərini deyib. Hər hansı ön şərt irəli sürmədiklərini bildirən AB təmsilçisi anlaşma üçün hər cür səyi göstərdiklərini vurğulayıb. İranın müzakirə masasına ön şərtlərlə oturduğunu deyən Aşton təkliflərinə irandan cavab gözlədiklərini söyləyib. Ketrin Aşton İranla yeni bir müzakirə planlaşdırmadıqlarını, ancaq qapılarının da hər zaman açıq olduğunu bildirib. İran təmsilçisi Cəlili isə İranın paritet - bərabərhüquqlu tərəf olaraq qəbul edilmək istəyini 5+1-in şərt kimi görməsini düzgün saymır. Cəlili İranın heç zaman təslimçi danışıqlara getməyəcəyini vurğulayıb. /TRT/


Story Code: 51567

News Link :
https://www.islamtimes.org/az/news/51567/iranın-paritet-tələbi-şərt-sayıldı

Islam Times
  https://www.islamtimes.org