QR CodeQR Code

Cənab Kaşaninin hicab qadağasına etirazı

23 Jan 2011 00:45

IslamTimes - Tehranın cümə namazı xətibi Ayətullah Kaşani ötən gün öz çıxışında Azərbaycanda hicab qadağası mövzusuna toxunaraq, bildirib ki, İslam dəyərlərinin müdafiəsinə qalxıb, İslama ehtiram tələb edənlər necə də xoşbəxt insanlardır!


Ayətullah Kaşani deyib: “Əgər Allahın qanunlarına hörmətlə yanaşsaq, Allah müxtəlif məqamlarda bizi hörmətli edər. Əksinə, Allahın qanunlarına hörmətsizlik göstərsək, elə bu dünyada təhqirlərlə üzləşəsiyik. “ İmam-cümə Azərbaycan xalqının hicabın müdafiəsi istiqamətində addımlarını təqdir edərək vurğulayıb: “Ümid edirəm ki, Azərbaycan dövləti və təhsil nazirliyi müsəlmanlarla bir olub, mövzunu xalqın xeyrinə həll edəcək.” /AranNews/


Story Code: 51569

News Link :
https://www.islamtimes.org/az/news/51569/cənab-kaşaninin-hicab-qadağasına-etirazı

Islam Times
  https://www.islamtimes.org