QR CodeQR Code

Obama: "İnqilab təhlükəsi var"

23 Jan 2011 07:02

IslamTimes - Barak Obama: "Vaşinqton heç də əmin deyil ki, Tunisdə baş verənlər Misirdə təkrarlanmayacaq!"


"İslamTimes"-ın "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, Ağ Ev tərəfindən verilmiş bəyanatın ziddini olaraq, Obama Misir prezidentinə zəng vuraraq onu tənqid edib. ABŞ prezidenti Mübarəki Misirdə islahat proqramlarını zəifləməsinə və fəsadın artmasına görə tənqid edib.
Verilən məlumata əsasən, ABŞ Misirdəki hadisələri diqqətlə izləyir və bu ölkədə inqilab olma ehtimalına görə narahatdır. Misir ABŞ-ın mühüm müttəfiqlərindən olduğuna görə Ağ Ev Misirdə gərginliyin yaranmamasını istəyir.
Obama Mübarəklə telefon bağlantısı zamanı deyib: “Ehtiyatlı olun, Vaşinqton heç də əmin deyil ki, Tunisdə baş verənlər Misirdə təkrarlanmasın. Əgər inqilab baş versə, biz Misir xalqını himayə etməyə məcbur olacağıq. Müxaliflər və etirazçılara qarşı da heç bir kobudluğa yol verməyin.”
Bundan əlavə ABŞ prezidenti Mübarəklə işğalçı İsrail və Fələstin arasında sülh danışıqlarının bərpa olunması barədə də danışıb. Obama BMT-nin Həriri-nin terroru ilə bağlı məhkəmə prosesini dəstəklədiyi üçün Mübarədə təşəkkür edib.
Nəzərinizə çatdıraq ki, artıq iki gün ərzində dörd nəfər Misirdə özünü yandırıb.


Story Code: 51576

News Link :
https://www.islamtimes.org/az/news/51576/obama-inqilab-təhlükəsi-var

Islam Times
  https://www.islamtimes.org