QR CodeQR Code

Şəhid şeyx Nimrin oğlu İngiltərə baş naziri Kemerona səsləndi: "Əmim oğlunu edamdan xilas edin!"

Deyerler , 27 Jan 2016 23:39

Islamtimes - Səudiyyə rejimi tərəfindən edam olunan ölkənin nüfuzlu Əhli-Beyt (ə) alimi şəhid Ayətullah şeyx Nimr Baqir Ən-Nimrin oğlu Məhəmməd Ən-Nimr İngiltərə baş naziri Devid Kemerona səslənib: "Əmim oğlunu edamdan xilas edin!".


Deyerler.org Radikal-a istinadən xəbər verir ki, Məhəmməd Ən-Nimr çağırışını İndependent qəzetinə müsahibəsində bildirib. Əmisi oğlu Əli Ən-Nimrin həbs ediləndə 17 yaşının olduğunu deyən Məhəmməd Ən-Nimr ölüm hökmünün yaxın vaxtlarda icra edilə biləcəyini dilə gətirib.

O, həmçinin atasının yalançı ittihamla edam edildiyini bildirib və İngiltərənin fərqli münasibət etməsini qeyd edib: "İngiltərənin bu rejimlə birlikdə olma və ya daha yaxşı üslüb seçib bu vəhşicəsinə edilən hərəkətləri qınama seçimi var", - deyə Məhəmməd ən-Nimr bildirib.

"Sizə müraciət edirəm, Cənab Kemeron! Bir İngiltərə vətəndaşı olaraq azadlıq və insan həyatına dəyər verirsinizsə, Əlini oğlunuz kimi xəyal edin və bu vəziyyətdə nə edəcəksiniz deyə özünüzdən soruşun. Bu heç də asan deyil. Əlini xilas etmək üçün əlimizdən gələni edirik və onun bir gün azad olacağı ümidi ilə yaşayırıq", - deyə şəhid Ayətullah şeyx Nimrin oğlu qeyd edib.


Story Code: 515919

News Link :
https://www.islamtimes.org/az/news/515919/şəhid-şeyx-nimrin-oğlu-ingiltərə-baş-naziri-kemerona-səsləndi-əmim-oğlunu-edamdan-xilas-edin

Islam Times
  https://www.islamtimes.org