QR CodeQR Code

BMT Qərbin dəstəklədiyi Suriya "müxalifət"inin nümayəndə heyəti ilə danışıqlara başlayacaq

Deyerler , 30 Jan 2016 15:52

Islamtimes - BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Stefan De Mistura Səudiyyə Ərəbistanı, Türkiyə və Qətərin dəstəklədiyi Suriyalı "müxalifət" nümayəndə heyətləri ilə bazar günü danışıqlara başlayacaqlarını bəyan edib.


Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, De Mistura Yaxın Şərq mətbuatında Suriya Ali Müzakirə Komitəsinin danışıqlara qoşulmağa qərar vermələri istiqamətində gedən xəbərlərə toxunaraq, ona rəsmi bir məlumatlandırma edilmədiyini deyib.

Cenevrədəki Suriya danışıqları çərçivəsində dünən günün ikinci yarısında Dəməşq nümayəndə heyəti ilə De Misturanın görüşünün 2.5 saat davam etdiyi bildirilib.

Danışıqlardan sonra mətbuata açıqlama verən De Mistura Suriyanın BMT-dəki daimi nümayəndəsi səfir Bəşər Cəfərinin başçılıq etdiyi Dəməşq heyətinin terrorizm mövzusunda suallarının olduğunu, ancaq bunların BMT Təhlükəsizlik Şurasında müzakirə edilməli olduğunu söyləyib.

Stefan De Mistura danışıqlara kimlərin dəvət edildiyinə dair suala isə belə cavab verib: "Suriya rəhbərliyini dəvət etmişik və gəldilər, Ali Müzakirə Komitəsini dəvət etmişik və iştirak edib-etməmək onların öhdəsindədir. Danışıqlara qoşulmalarını gözləyirik. Danışıqların daha da yaxşı keçirilməsi üçün səsləri eşidilməli olan şəxslərə də fərdi dəvət məktubları göndərdim".


Story Code: 516582

News Link :
https://www.islamtimes.org/az/news/516582/bmt-qərbin-dəstəklədiyi-suriya-müxalifət-inin-nümayəndə-heyəti-ilə-danışıqlara-başlayacaq

Islam Times
  https://www.islamtimes.org