0
Sunday 31 January 2016 - 00:59

Nigeriyada şeyx Zəkzəkiyə dəstək olmaq üçün yürüş keçirildi

Story Code : 516760
Nigeriyada şeyx Zəkzəkiyə dəstək olmaq üçün yürüş keçirildi
Deyerler.org Nigeriya İslam Hərəkatının sosial şəbəkədəki səhifəsinə istinadən xəbər verir ki, gənc nümayişçilər şeyx İbrahim Zəkzəkinin fotolarını əllərində qaldıraraq, "Şeyx Zəkzəkini azadlığa buraxın!" şüarını səsləndiriblər.

Nümayişçilər həmçinin ordunun təcavüzkar hücumu zamanı şəhid olan valideynləri və yaxınlarının cəsədlərinin onlara təhvil verilməsini tələb ediblər.

Qeyd edək ki, şeyx Zəkzəki Nigeriya ordusu tərəfindən dekabrın 13-də evinə təşkil olunan hücumdan etibarən həbsdədir. Şeyx Zəkzəki 6 və xanımı Zinət İbrahim isə 2 güllə yarası ilə həbs olunmuşdur. Nigeriya ordusunun təşkil etdiyi hücumlarda 1000-dən artıq insan şəhid olmuşdur. Dünyanın müxtəlif yerlərində Şeyx Zəkzəkinin azadlığa buraxılması tələbilə nümayişlər keçirilir.
Source : Deyerler
Comment