0
Sunday 23 January 2011 - 21:42

Əlcəzairdə gərginlik

Story Code : 51677
Əlcəzairdə gərginlik
Əlcəzairdə gərginlik
Polis etirazçıları rezin dəyənəklərlə döyüb. Hadisə nəticəsində 40 nəfərin yaralandığı bildirilir. Mədəniyyət və Demokratiya Birliyi müxalifət partiyası qərargahında aksiya iştirakçıları Tunis bayrağı ilə Əlcəzair bayrağını yanbayan qoyaraq partiyanın eyvanında dalğalandırıblar. Polis helikopter və avtombillərin köməyindən istifadə edərək müxalifətçilərin binasının çıxışının qarşısını kəsərək onlara binadan çıxmağa imkan verməyib.
Sabiq prezidentliyə namizəd Səid Sadi binanın eyvanından əhali qarşısında çıxış edib. Aksiya iştirakçılarından 9 nəfər saxlanılıb. Partiya lideri Atman Məzuz isə polis tərəfindən vurulan rezin dəyənək nəticəsində yaralanıb. /İslam-Azeri/
Comment