0
Monday 24 January 2011 - 00:20

Sakaşvili Ermənilərin qələbəsini öz qələbəsi hesab edir

Story Code : 51722
Sakaşvili Ermənilərin qələbəsini öz qələbəsi hesab edir
Sakaşvili Ermənilərin qələbəsini öz qələbəsi hesab edir
Islam times.org/az/ - Gürcistan Respublikasının prezidenti Mixail Sakaşvili, Ermənistana etdiyi səfəri çərçivəsində Riyaziyyat, Fizika və İnformasiya sahələrində məktəb şagirdlərinin qatıldığı Erməni-Gürcü olimpiadaları konfransında etdiyi çıxışında ″Serj Sarkisyan mənim qardaşım, yaxşı dostum və iş yoldaşımdır″ dedi.

Sakaşvili, Ermənistanın respublika başçısının özünə və Gurcu xalqına dəstək göstərdiyini vurğuladı. Gürcüstan başçısı Erməni-Gürcü dostluğunun digər xalqlar üçün nümunə olması lazım olduğunu ifadə edərək ″Ermənistanın qələbəsi, bizim iki xalqımızın qələbəsidir″ deyərək Erməni xalqına qarşıda da yeni qələbələr arzuladı.

Sakaşvili ikili siyasi-iqtisadi və intellektual inkişaf məsələlərinə diqqət yetirərək ″ Gürcüstanı 500 min Erməni turist ziyarət edib″ məlumatını verdi. Gürcüstan dövlət başçısı Ermənilərə yurdlarını tərk etməməyi, orada yaşayıb yaratmağı məsləhət verərək ″Biz əl-ələ verərək ölkələrimizi inkişaf etdirməliyik″ kimi fikir səsləndirdi.

Xatırladaq ki, bu gün Gürcüstan prezidenti Mixail Sakaşvili Ermənistanda rəsmi səfərdə olub. O Serj Sarkisyanla bir sıra məsələləri müzakirə edərək iki tərəfli müqavilələrin bağlanmasını həyata keçirib.

Maraqlısı budur ki, görəsən Azərbaycan tərəfi Saakaşvilinin Ermənilərə “Yurdlarınızı tərk etməyin” və ya “sizin qələbəniz bizim qələbəmizdir” fikirlərinə nə kimi reaksiya verəcək? Bəlkə Saakaşvili Ermənilərin Azərbaycan üzərində qələbəsini Gürcülərin qələbəsi hesab edir.

Bəlkə peyk antennalar vasitəsi ilə Azərbaycan ərazisində yayımlanan Gürcüstan dövlət kanalının qapadılması haqda Əli Abbasova növbəti tapşırıqlar verilsin?!
Reporter :
Source : IslamTimes
Comment