0
Monday 1 February 2016 - 16:45

Rusiya Türkiyəni havadan izləyəcək

Story Code : 517244
Rusiya Türkiyəni havadan izləyəcək
Bu barədə ictimaiyyətə Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması Milli Mərkəzinin rəisi Sergey Rıjkov məlumat verib.

O, uçuşların “Açıq Səma” beynəlxalq razılaşmasına əsasən həyata keçirildiyini deyib.

Təyyarələrdə türk həmkarlarının rus pilotları müşayiət edəcəyi bildirilib.

Qeyd edək ki, 1992-ci ildə imzalanan “Açıq Səma” beynəlxalq razılaşması üzv dövlətlərə bir-birinin hava məkanında müşahidə uçuşları aparmağa imkan verir. Sözgedən uçuşlar zamanı razılaşmaya daxil olan üzv ölkələrin hərbi fəaliyyətlərinin şəffaflığı yoxlanılır./axar/
Source : Axar
Comment